Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinin keçirilməsinə başlanılıb.

18:aprel:2025 , 11:12

Respublika-Usaq-Gencler-Inkisaf-Merkezinde-XVIII-Beynelxalq-Astronomiya-ve-Astrofizika-Olimpiadasina-hazirliq-derslerinin-kecirilmesine-baslanilib

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinin keçirilməsinə başlanılıb. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri üçün təşkil olunub. 4 ay davam edəcək proqramda nəzəriyyə ilə yanaşı, praktiki dərslər də təşkil olunacaq və sonda XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası üçün seçmə imtahanı keçiriləcək. Seçilən şagirdlərdən ibarət komanda ölkəmizi avqustun 11-dən 21-dək Hindistanda keçiriləcək olimpiadada təmsil edəcək. Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə baş tutur.

Digər xəbərlər

Hamısına bax